Haqqımızda

EPUL layihəsi fərqli cihazlar və rabitə kanalları vasitəsi ilə ödənişlərin edilməsinə imkan yaradan elektron ödəniş sistemidir. İstənilən İnternet istifadəçisi EPUL sistemində qeydiyatdan sonra sürətli online ödənişlər etmək imkanına malik olur.

Layihənin məqsədi — İnternet üzərindən bank kartları vasitəsi ilə aparılan ödənişləri hər bir internet istifadəçisi olan şirkətə və şəxsə əlçatan, rahat alətə çevirməkdir.

Hal-hazırda EPUL Azərbaycanda Android və İOS sistemlərində işləyən-mobil tətbiqi təqdim edən və online rejimdə vəsaitlərin kartdan-karta köçürülməsinə imkan yaradan ilk və yeganə ödəniş sistemidir. EPUL layihəsi «Paysis» MMC tərəfindən hazırlanmışdır və bu şirkətə məxsusdur, texniki dəstək «Komtec» MMC şirkəti tərəfindən həyata keçirilir.

Müştərilərin xeyrinə ödənişlərin qəbulu «Bank of Baku» ASC-nin prosessinq mərkəzi tərəfindən həyata keçirilir.

www.E-PUL.az saytının etibarlılığı Thawte SSL, Verified by Visa və MasterCard SecureCode sertifikatları ilə təsdiq olunub.

Baxışımız — qısa zamanda Azərbaycanda lider şirkət olmaq və beynəlxalq səviyyədə tanınmaq. Uzun zamanda dünya miqyaslı tanınmış şirkət olmaq.

Missiyamız — istifadəçilərə bütün mümkün istiqamətlərdə, minimal xərclərlə, maksimal sürətlə, rahatlıqla, əlçatan və təhlükəsiz formada pul vəsaitlərinin köçürülməsinə imkan yaratmaqdır.