Sualınızı verin

Bu mövzulara cavab tapmaq

Bizim məlumat bazası ilə tanış olun. Mümkündür ki, orada Sizi maraqlandıran bütün suallara cavab olacaqdır

Qeydiyyat və daxil olma
  • www.e-pul.az saytında qeydiyyatdan necə keçmək olar?

    Bu pulsuz və çox asandır.
    Saytda qeydiyyatdan keçirsinizsə, mobil telefonunuzun nömrəsini daxil etmək və parol yaratmaq lazımdır.
    Bundan sonra telefon nömrənizin saytda qeydiyyatını təsdiq etmək üçün şifrə olan SMS alacaqsınız.

    Diqqət!
    www.e-pul.az saytında qeydiyyatdan keçmək üçün istifadə etmək istədiyiniz telefon nömrəsi aktiv olmalıdır!

  • Parolu unutduqda nə etməli?

    www.e-pul.az saytına daxil olmaq üçün parolu iki üsulla bərpa etmək mümkündür:
    * “parolu unutmusunuz” istinadı ilə DAXİL OL düyməsini basın və təlimatlara riayət edin;
    * parolu dəyişmək mümkün olmadıqda dəstək xidmətinin pulsuz telefon nömrəsinə zəng edin +994(12)4092360, yaxud support@e-pul.az e-poçt ünvanına müraciət edin.

E-pul ilə əlaqə saxlamaq

Əgər siz bizim məlumatlar bazasında sizi maraqlandıran suala cavab tapa bilmədinizsə, bu zaman siz bizim mütəxəssislər ilə zəng etmək ilə və ya yazmaqla əlaqə saxlaya bilərsiniz

Ödəniş
  • Kartı qeydiyyatdan keçirtmək üçün hansı məlumatlar daxil edilməlidir?

    Kartın nömrəsi düzgün və arada boşluq olmadan daxil edilməlidir;
    * AD və SOYADINIZ kartın üzərində yazıldığı şəkildə latin əlifbası ilə böyük hərflərlə daxil edilməlidir;
    * Kartın bitmə ayı, ili və CVV/CVC kodu daxil edilməlidir.

  • Kartı qeydiyyatdan necə keçirtməli?

    www.e-pul.az saytında kartdan əməliyyatlar üçün vəsait mənbəyi kimi istifadə etmək məqsədilə:
       * login (telefon nömrəsi) və parolunuzla kabinetinizə daxil olun;
       * “kartı əlavə etməli” düyməsini basın;
       * Məlumatların daxil edilməsi üçün təhlükəsiz səhifəyə:
         - kartın nömrəsini;
         - latın əlifbası ilə kartın üzərində göstərildiyi şəkildə adınızı və soyadınızı (Card holder name);
         - kartın bitmə tarixini (VALIDTHRU yaxud EXPDATE);
         - CVV/CVC məxfi kodunu (kartın əks tərəfindəki üç rəqəm) daxil edin;

    Kart hesabında AZN 0.01 məbləği bloklaşdırılacaq və həmin məbləğ dərhal blokdan çıxarılacaqdır

  • www.e-pul.az saytında hansı kartlar qeydiyyatdan keçirilə bilər?

    www.e-pul.az saytında aşağıdakı kartlar qeydiyyatdan keçirilə bilər: BolKart (BankOfBaku) və istənilən Visa və MasterCard.

  • Mən xarici kart istifadə edərkən, E-pul vasitəsilə ödəniş apara bilərəm mi?

    Xarici kartınızla ödəniş etmək üçün, xahiş edirik şəxsi emailinizdan aşağıdakı məlumatları yazıb, support@e-pul.az ünvanına göndərəsiniz:
    - Adınız, Soyadınız
    - Kartınızla və şəxsiyyətinizi təsdiq edən sənədi əlinizdə saxlayaraq, şəklini çəkib bizə göndərin.

  • Ödəniş edərkən kompüter birdən dondu (şəbəkədən ayrıldı), nə edim?

    Ödənişin statusunu kabinetdəki “TARİXÇƏ” menyusunda yoxlaya bilərsiniz. Əgər ödənişi tapmadınızsa, yaxud ödənişlə bağlı digər problem yaranmışdırsa, xüsusi online müraciət formasını doldurub göndərin, problemin həlli üçün mütəxəssislərimiz Sizinlə əlaqə yaradacaqlar, yaxud +994(12)409 23 60 nömrəsinə zəng edin.

  • Mənə ödəniş qəbzi lazımdır. Onu necə əldə edim?

    Qəbzi şəxsi kabinetinizdə çap edə, yaxud elektron poçt ünvanınıza göndərə bilərsiniz.
    “Tarixçə” menyusunda ödənişi tapın, ‘çap et’, yaxud ‘elektron poçta göndər’ düyməsini basın.

  • Bonuslar

    E-Pul.az portalında qeydiyyatdan keçmiş bütün istifadəçilər həyata keçirdikləri hər bir ödənişə görə bonuslar alır. Ödənilən hər bir manata görə bonusun hesablanma qaydası bu faylda göstərilib.